"Samsung"un cari ilin birinici rübündə ötən illə müqayisədə mənfəətini təxminən doqquz dəfə artıracağı gözlənilir.
İndex.az xəbər verir ki, "LSEG SmartEstimate"in 27 analitikinin orta hesabla verdiyi məlumata görə, "Samsung"un əməliyyat mənfəəti ötən ilin dördüncü rübündə 5,7 trilyon vona (4,24 milyard dollar) yüksəlib.
Əgər belədirsə, bu qazanc, "Samsung"un 2022-ci ilin üçüncü rübündən bəri ən yüksək qazancı olacaq.
Yeni mənfəət, ötən ilin birinci rübündə 640 milyard vonluq əməliyyat mənfəəti ilə müqayisə edilir.
Bunun səbəbi isə, 12 analitikin orta hesablamasına görə, çip bölməsinin son beş rübdə təxminən 750 milyard vonluq rüblük mənfəət bildirməsidir.
