Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq.

İndex.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 31 yaşlı qolkiperin zədəsi ciddidir:

"Onun durumu ciddidir. Sol bud çanağında zədəsi var. 2-3 ay meydana çıxa bilməyəcək".

A.Hacıyev səhhətindəki problemə görə Azərbaycan millisinin düşərgəsindən ayrılan Elvin Cəfərquliyev və zədə səbəbindən Fransa ilə görüşdə iştirak etməyən Toral Bayramovun durumunun normal olduğunu və hər ikisi tədricən komanda ilə məşqlərə qoşulub.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan yığmasının Fransaya 1:3 hesabı ilə uduzduğu DÇ-2026-nın seçmə mərhələsinin oyununda sıradan çıxıb. Görüşün ilk hissəsində meydanda olan qapıçı fasilədə əvəzlənib.