Ötən ilin dördüncü rübündə Rusiyada işsizlik səviyyəsi 4,3% təşkil edib.
İndex.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu, bir il əvvəlki dövrdən 1,8% bəndi aşağıdır.
Agentliyin araşdırmasına görə, işsizlik demək olar ki, bütün regionlarda azalıb.
Ən aşağı işsizlik səviyyəsi Sankt-Peterburqda (1,5 %), Yamalo-Nenets, Xantı-Mansiysk rayonlarında və Moskvada qeydə alınıb (Bu regionlarda bu göstərici 2,5%-dən aşağıdır). Tədqiqat həm də ən yüksək işsizlik səviyyəsinə malik regionun adını məlum edib - bu, İnquşetiyadır (30 %).
2021-ci ilin oktyabr-dekabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə işsizlik səviyyəsi ən çox Çeçenistan Respublikası, Tuva, Kabardin-Balkar Respublikası və Altay Respublikasında azalıb. 2021-ci ilin üçüncü rübündə bütövlükdə regionlar üzrə orta iş axtarış müddəti 6,5 ay olub.
İşsizlərin sayında maksimum artım 2020-ci il pandemiya ilində Sankt-Peterburqda (+ 113 %) və Moskvada (+ 94%) qeydə alınıb.
Həmçinin məlum olub ki, 2021-ci ilin sonunda Avropada ən aşağı işsizlik Çexiyadadır. Burada iş axtaran sakinlərin payı 2,2%-dir. İşsizliyin ən yüksək olduğu ölkələr arasında İspaniya (13,4%) və Yunanıstan (13,2%) yer alıb.
