İngiltərənin "Bornmut" klubunun sahibi dəyişir.

Apasport.az bildirir ki, rusiyalı biznesmen Maksim Dyomin Premyer Liqa təmsilçisini satmağa yaxındır.

Klubu ABŞ milyarderi Bill Fouli alacaq. Bu alqı-satqının 120 milyon funt sterlinqə gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, Dyomin 2011-ci ildən "Bornmut"un sahibidir.