Rusiyanın Krasnodar diyarında, Anapadakı texnikumların birində baş verən atışma nəticəsində mühafizəçi ölüb.
İndex.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniyamin Kondratyev sosial şəbəkələrdə məlumat yayıb.
"Hazırda bir ölən var. Mühafizəçi zərbəni ilk öz üzərinə götürüb", - o qeyd edib. Onun sözlərinə görə, mühafizəçi operativ reaksiya verib, cinayətkarın binaya girişini bloklayıb və hüquq-mühafizə orqanları əməkdaşlarını çağırmağa macal tapıb.
Məlumata görə, tələbə təhsil müəssisəsinin foyesində naməlum silahdan atəş açıb, o saxlanılıb.
Rusiya DİN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib ki, üç nəfər yaralanıb. İki nəfər orta ağırlıqlı xəsarət alıb.
