Rusiya vətəndaşı Esmira Məlik qızı Rəhmanova Bakıya gələrkən təyyarədə ölüb.

İndex.az xəbər verir ki, azərbaycanlının Surqut-Bakı aviareysini həyata keçirən təyyarədə halı pisləşib və dünyasını dəyişib.

Onun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.