Rusiya Maliyyə Nazirliyi valyuta satışlarının həcmini artıracağını açıqlayıb.

İndex.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada, əlavə neft və təbii qaz gəlirlərinin fevral ayında 108 milyard rubldan az olacağına görə, valyuta satışı üçün 160 milyard rubl (təxminən 2,3 milyard dollar) ayrıldığı və 7 fevral - 6 mart tarixlərində 8,9 milyard rubl dəyərində valyuta satışının həyata keçiriləcəyi bildirilib.

Rusiya Maliyyə Nazirliyi 2022-ci ilin 13 yanvar-6 fevral tarixlərində gündəlik 3,2 milyard rubl satmışdı.