Neftdə fasilələr yarandığı üçün Rusiya Qazaxıstandan əlavə benzin istəyib.
İndex.az xəbər verir ki, "Reuters" xəbər agentliyinin mövzu ilə bağlı yaydığı məlumata görə, Ukraynanın pilotsuz təyyarələrin hücumlarından sonra neftdə fasilələr yarandığı üçün Rusiya Qazaxıstandan 100 min ton benzin istəyib.
Rusiyanın Energetika Nazirliyi mövzu ilə bağlı sorğulara cavab verməsə də, Belarusun artıq Rusiyaya benzin tədarükünə kömək etmək üçün razılaşdığı məlum olub.
