Ötən gecə Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya hücumu olub.
İndex.az "Currenttime.tv"yə istinadən xəbər verir ki, nəticədə Çerniqov vilayətində beş nəfər həlak olub. Ölənlərdən biri körpədir.
Xarkov şəhərində isə PUA-ların iki çoxmənzilli evə çırpılması nəticəsində 13 nəfər yaralanıb.
