Rusiya ordusu Ukraynaya dronlarla hücum edib.

İndex.az xəbər verir ki, Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Vladislav Qayvanenko bildirib ki, bölgənin müxtəlif yaşayış məntəqələrində bir yerli sakin ölümcül yaralanıb, daha beş nəfər isə xəsarət alıb.

Sumı vilayətinin Axtırka şəhərinə dron hücumu zamanı çoxmənzilli yaşayış binasına ciddi ziyan dəyib, yeddi nəfər yaralanıb.

Rusiya tərəfindən hələlik heç bir açıqlama verilməyib.