Rusiya Mərkəzi Bankının (Bank Rusiya) xarici valyuta ehtiyatları bir qədər də əriyib.

Banker.az bu barədə Bank Rusiyanın açıqlamasına istinadən xəbər verir.

Belə ki, həftə ərzində 6.4 mlrd. dollar, yaxud 1.1% azalaraq 585.7 mlrd. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ilin əvvəli Rusiya Mərkəzi Bankının strateji valyuta ehtiyatlarının həcmi 630 mlrd. dollardan çox idi.