Xabarovsk diyarında Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti aşkar edilib.

İndex.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

"Rusiya FHN-in xilasediciləri istintaq orqanlarının nümayəndələri ilə birlikdə qəza yerində araşdırma aparacaq və qara qutular oxunacaq", - qurumun mətbuat xidmətindən bildirilib.

İyulun 14-də “Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk kəndindən Maqadana uçarkən radardan itib. Helikopterdə üç ekipaj üzvü və iki texniki işçi olub. Onlar təmir işlərini bitirdikdən sonra təyinat yerinə uçurmuşlar.