Amerika administrasiyası xarici siyasətini təyin edərkən indiki dünya nizamını deyil, ABŞ-nin milli maraqlarını rəhbər tutacaq.
İndex.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Amerika kompas"ı qeyri-hökumət analitik mərkəzinin təşkil etdiyi konfransda deyib.
"Xarici siyasətimizin - məkandan və məsələdən asılı olaraq - mərkəzləşdiyi və ilk növbədə Birləşmiş Ştatlar üçün nəyin xeyirli olduğuna yönəldilməsi ideyası tamamilə itirilib. Biz beynəlxalq nizam üçün nəyin xeyirli olduğuna və ya dünya üçün nəyin yaxşı olacağına əsaslanaraq dəfələrlə xarici siyasət qərarları vermişik", - o deyib.
"Mən demirəm ki, bunların heç bir əhəmiyyəti yoxdur, amma bizim xarici siyasətimizin əsas prioriteti Birləşmiş Ştatlar və ABŞ-nin maraqlarına cavab verən məsələ olmalıdır. Bu, təcridçilik deyil, sağlam düşüncədir", - ABŞ dövlət katibi əlavə edib.
