Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldu DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində IX turunda İrlandiya yığmasına qarşı oyunun 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə almasına istehzalı reaksiya verib.

İndex.az xəbər verir ki, futbolçu meydandan qovularkən baş barmaqlarını qaldırıb.

Hakim əvvəlcə 40 yaşlı futbolçuya müdafiəçi Dara O Şini arxadan dirsəklə vurduğuna görə sarı vərəqə göstərib, lakin monitorda epizodu nəzərdən keçirdikdən sonra onu ​​meydandan qovub.

Qeyd edək ki, qarşılaşma İrlandiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dörd turdan sonra İrlandiya millisinin dörd xalı var və turnir cədvəlində F qrupunda üçüncü yerdədir. Portuqaliya yığması 10 xalla birinci yerdə qərarlaşıb.