Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən "Əl-Nəsr" komandasında çıxış edən Kristiano Ronaldo jurnalist Piers Morqanın proqramında qonaq olarkən diqqət çəkən açıqlamalar verib.
İndex.az xəbər verir ki, Ronaldo Lionel Messi ilə rəqabətindən danışarkən deyib: "Messinin məndən yaxşı olması fikri ilə razı deyiləm. Bu barədə təvazökar ola bilmərəm".
"Keçən həftə milyarder oldun" sualına portuqaliyalı oyunçu "Bu doğru deyil. Mən illər əvvəl milyarder olmuşam (gülür)" deyə cavab verib.
Ueyn Runi ilə mübahisələri ilə bağlı Ronaldoya "O, sənə nifrət etmədiyini söylədi, amma Messinin daha yaxşı olduğunu düşünür. Bu barədə nə düşünürsən?" sualına “Mənim üçün problem yoxdur” deyə cavab verib.
