Bu gün saat 22:00-da La Liqanın 14-cü turunda "Rayo Vallekano" doğma azərkeşləri önündə "Selta Viqo"nu qəbul edəcək. Son turlar yaxşı oyun sərgiləyən "Rayo" bu nəticələri davam etdirə biləcəkmi? Cavabı proqnozumuzda.
RAYO VALLEKANO
Bəlkədə "Rayo Vallekano" azarkeşləri son turda "Real" üzərindəki 3-2 hesablı qələbəni hələdə qeyd edirlər. 5 oyundur məğlub olmayan Andoni İraolanın yetirmələri minimal hesabla "Sevilya"nı, 5 qolla "Kadiz"i məğlub etməyi bacarıblar. Bundan əlavə çətin "Atletiko Madrid" səfərindən də 1 xalla dönüblər.
Son 3 turda ardıcıl qələbələrlə azərkeşlərini sevindirən Madridin kasıb klubu, həmin 3 oyunda rəqib qapılarına 9 dəfə yol tapıb. Hal-hazırda turnir cədvəlində 21 xalla 8-ci pilləni tutur.
İtkilər: Jose Pozo, Andres Martin, Raul de Tomas.
SELTA VİQO
Son turda "Osasuna"ya məğlubiyyəti (1:2) "Selta Viqo"nu hədəfi olan ilk 6-lıqdan çox uzaqlara saldı. Carlos Carvalhalın "Selta"nın sükanı arxasındakı ilk oyununda məğlub olması, pis gedişatın davamlı olduğunu bir daha göstərdi.
"Selta Viqo" son 5 səfər matçında məğlub olub. Üstəlik, komanda son 6 matçın 5-də də uduzaraq 11 xalla 18-ci pillədə qərarlaşır. Düşmə zonasında olan komanda bu mövsüm 13 turdan 8-də məğlubiyyətlə üzləşib.
İtkilər: Auqusto Solari, Luka de la Torre.
PRQONOZ
Bu oyunda biz meydanda bərabər səviyyəli oyun göstərəcək 2 komandanın bol epizodlu oyununu gözləyirik. Komandalar arasındakı oyunlara nəzər salsaq bol qollu keçmiş oyunlara rast düşərik.
Bizim ilk proqnozumuz oyunda ən azı 3 qolun olacağıdır - 2,5 ÜST (2,23)
İnanırıq ki, hər 2 klub bacardığı qədər oynayacaq və qollar vurmağa çalışacaq. Lakin hazırkı durumda heç-heçə hər 2 tərəf üçün uyğun ola bilər.
İkinci mərcimiz heç-heçədir - 3.17
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 1:0 - 6.55
Hər iki hissədə qol olacaq - 1.88
Penalti olmayacaq - 1.34
