Qvatemalada baş verən silsilə zəlzələlər nəticəsində azı iki nəfər ölüb.

İndex.az xəbər verir ki, bu barədə Qvatemalanın təbii fəlakətlərin qarşısının alınması üzrə Milli Koordinasiya Komitəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar nəticəsində ilkin olaraq 2 nəfər ölüb, 324 nəfər xəsarət alıb, 3 nəfər xəstəxanaya yerləşdirilib. 43 binaya ciddi ziyan dəyib.