Tramp administrasiyası investisiya, ticarət və digər məsələləri əhatə edən bir sıra yeni addımlarla yenidən Çini hədəfə alıb.
İndex.az xəbər verir ki, bu addımlar qlobal bazarları qarışdırıb.
Belə ki, "S&P 500" birjası 1,71%, "Nasdaq 100" birjası isə 2% ucuzlaşıb.
10 illik ABŞ Xəzinədarlığının gəlirliliyi cümə günü 7 baza bəndi azalaraq həftəni 4,43% ilə bağlayıb.
ABŞ indeksi fyuçersləri yeni həftənin ilk ticarət günündə bahalaşıb.
Almaniya fond indeksi fyuçersləri isə yüksəlişdədir.
Avro dollara nisbətdə 0,6% bahalaşaraq bütün G-10 valyutalarını geridə qoyub.
Asiyada səhmləri də həftəyə qarışıq notda başlayıb.
Belə ki, Honq Konq və Çin birjaları aşağı qiymətlərlə ticarət edib.
