"Barclays" tələbin yaxşılaşması səbəbindən 2025 və 2026-cı illər üçün neft proqnozunu artırıb.

İndex.az xəbər verir ki, "Barclays", tələbin yaxşılaşması səbəbindən "Brent" markalı neftin qiymət proqnozunu 2025-ci il üçün 1 barelə 6 dollar artıraraq 72 dollara, 2026-cı il üçün isə 10 dollar artıraraq 70 dollara çatdırdığını açıqlayıb:

"ABŞ-ın vasitəçiliyi ilə İsrail və İran arasında atəşkəsin davam etməsi geosiyasi gərginlikləri azaltdı. Bu isə qlobal bazarlarda risk payının azalmasına və neft qiymətlərinin yüksəlməsinə zəmin yaradacaq".