Qlobal bazarlar ABŞ-da iqtisadi məlumatlarının açıqlanacağı həftəyə yüksəliş ilə başlayıb.

İndex.az xəbər verir ki, ABŞ-da məşğulluğun gözləniləndən çox artması "S&P 500" və "Nasdaq" indekslərinin cümə günü 1%-dən çox artım ilə həftəni bağlamasına səbəb oldu.

Yeni həftənin ilk ticarət günündə Asiya Sakit Okean indeksləri də yüksəlişə keçdi.

Belə ki, Yaponiya, Avstraliya, Cənubi Koreya və Tayvan indeksləri bahalaşıb.

Çin indeksləri kreditorların daşınmaz əmlak istehsalçısının müflis olmasını tələb etdikdən sonra ucuzlaşıb.

ABŞ-ın 10 illik istiqrazlarının faizi bir artaraq 4,42%-ə çatıb.

Qızılın unsiyası isə 2350 dollara yaxındır.