Fərdi yaşayış evlərinin qaz xətlərinin yerdəyişməsi ilə bağlı müraciətlər üzrə dəyişiklik edilib.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev məlumat verib.

O bildirib ki, abonentlər bu tip məsələlərlə bağlı SOCAR “Azəriqaz” İB-nə deyil, regionlar üzrə “ASAN xidmət”, Bakı şəhəri üzrə isə “ASAN Kommunal” mərkəzlərinə müraciət edəcəklər.

[embed]https://www.youtube.com/watch?v=qEyRsArrZ84[/embed]