"Qalatasaray" "Portu"nun futbolçusu Dioqo Kostanı transfer etmək üçün addımlar atır.

İndex.az xəbər verir ki, “Qalatasaray” Kosta üçün 20 milyon avro əlavə bonuslar da daxil olmaqla təklif təqdim edib.

"Qalatasaray" "Mançester Siti"dən Edersonu ala bilməsə, Dioqo Kosta "Qalatasaray" üçün ciddi seçim olacaq.

Qeyd edək ki, "Portu" ilə müqaviləsi 2027-ci ilə qədər olan 25 yaşlı qolkiperin hazırda bazar dəyəri 40 milyon avrodur.