"Qalatasaray" çox müzakirə olunan Viktor Osimhen transferində nəticəyə gəlib.

İndex.az xəbər verir ki, "Sarı-qırmızılar" nigeriyalı hücumçu ilə şəxsi şərtləri razılaşdırdıqdan sonra A Seriya klubu "Napoli" ilə 75 milyon avroluq razılığa gəlib.

Osimhen dünən axşam İstanbula gəlib və "Qalatasaray" 2 avqust şənbə günü Latsio matçından əvvəl RAMS Parkda ulduz oyunçu üçün imza mərasimi keçirəcək.