Ötən gün İtaliyada keçirilən yekun iclasda 80 milyon avroluq transfer üçün razılıq əldə olunub.
İndex.az xəbər verir ki, müqaviləyə əsasən, "Qalatasaray" 40 milyon avronu ilkin ödəyəcək, 35 milyon avro isə il ərzində hissə-hissə Napolinin hesabına köçürüləcək. Həmçinin 5 milyon avro bonus maddəsi var.
"Qalatasaray" Osimhenlə 3 illik müqavilə imzalayacaq. Nigeriyalı ulduzun hər mövsüm təxminən 20 milyon avro qarşılığında formanı geyinəcəyi gözlənilir. "Qalatasaray" rəhbərliyi yaxın bir neçə gün ərzində Osimheni İstanbula gətirməyi və möhtəşəm mərasimlə müqavilə imzalamağı planlaşdırır.
