Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada Rusiya hökumət rəsmiləri ilə keçirilən görüşdə iqtisadiyyatdakı inkişaflarla bağlı danışıb.
İndex.az xəbər verir ki, Rusiya sənaye sektorunun bu ilin 8 ayında 4,5% artdığını açıqlayan Putin, ölkədə işsizliyin 2,4 faizlə rekord səviyyədə qaldığını bildirib.
Rusiya iqtisadiyyatında çətinliklər və balanssızlıqlar olduğuna diqqət çəkən Putin, bunların xüsusilə ölkənin sənaye, kənd təsərrüfatı və maliyyə potensialını qurulan çətin şərtlərdən qaynaqlandığını deyib.
Rusiyada yüksək siyasət faizinə baxmayaraq korporativ kreditlərin sürətlə artmağa davam etdiyini bildirən Putin, bu mövzuda əlavə araşdırmalar tapşırıb.
