PSJ klubu Kilian Mbappenin komandadan ayrılması ilə bağlı vida mərasimi keçirəcək.

Məlumata görə, ulduz futbolçunun “Real Madrid” klubuna keçəcəyi artıq rəsmiləşib.

Fransalı futbolçu mayın 25-də “Lion”la ölkə kubokunun final görüşündən sonra azarkeşlərlə vidalaşacaq.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ forması ilə çıxdığı 46 oyunda 43 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.