Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 659,7 milyon manat təşkil edib.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,4% azdır.
Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 8,3%, son 1 ildə isə 27% azalıb.
Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4% təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il avustun sonuna isə 5,8% olub.
