Bu gün saat 23:00-da Portuqaliya millsi İsveçrə ilə qarşılaşacaq. Növbəti mərhələyə hansı komanda keçəcək? Cavabı proqnozumuzda.
PORTUQALİYA
Portuqaliya millsi öz qrupunun favoriti idi. İlk turda Qana ilə qarşılaşan portuqallar çox böyük çətinliklə afrikalıları məğlub edə bildilər (3:2). 2-ci turda Qana oyunundan dərs çıxaran portuqallar daha ehtiyyatlı oynayaraq qrupun digər favoriti olan Uruqvayı 2:0 hesabı ilə məğlub etməyi bacardılar. Pley-offa vəsiqəni erkən təmin edən Portuqaliya son turda ehtiyyat oyunçulara üstünlük verərək meydana çıxdı. Lakin istəkli Cənubi Koreya qarşısında gözlənilmədən məğlub oldular.
İspanlar qrupda lider olduğu 1966 və 2006-cı illərdəki DÇ-da müvafiq olaraq yarımfinala və finala yüksəlib.
Mendes, Otavio və qabırğası sınmış Pereyra bu gün meydana çıxa bilməyəcək.
İSVEÇRƏ
İsveçrə millisi çətin qrupda mübarizə aparmağına baxmayaraq ardıcıl 3-cü dəfə 1/8 finala yüksəldi. Baş məşqçi Murat Yakın, Serbiya üzərində 3:2 hesablı həlledici qələbədən sonra Portuqaliyaya əllərindən gəldiyi qədər çətinlik yaradacaqlarını söylədi.
İsveçrə millisi qrupda yalnız braziliyalılara məğlub oldu (1:0). Kamerun millisi üzərində minimal hesablı qələbə qazanan İsveçrə bugünkü oyuna da iddialı çıxacaq.
Yan Sommer bu gün oynaya bilməyəcək.
PROQNOZ
İsveçrə bu gün müdafiədən oynayaraq əks-hücumlara bel bağlayacaq. Portuqallar da öz növbəsində oyunun başlarında açıq futbol oynamaqdan çəkinəcək. Belə oyunlarda oyunun taleyini adətən 1 səhv həll edir. Oyunda çox qol olacağını düşünmürük.
Bizim ilk proqnozumuz oyunda 3-dən az qol olacağıdır - 2,5 ALT (1,74)
Komandalar ehtiyyatlı oynayacağı üçün biz əsas hissənin heç-heçə bitəcəyini düşünürük. Yəqin ki, turun taleyi penaltilər seriyasında məlum olacaq.
İkinci mərcimiz heç-heçədir - 3.54
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 1:0 - 5.95
Penalti olacaq - 2.25
Portuqlaliya 2-ci hissədə qol vuracaq - 1.67
