Bugün saat 23:00-da Polşa millisi Argentina ilə üz-üzə gələcək. Qələbə kimin olacaq? Cavabı proqnozumuzdadır.

POLŞA

Polşa millisini Argentina və Meksikanın olduğu qrupdan pley-offa yüksəlməsi çətin görünürdü. Lakin polşalılar ilk turda Meksika ilə oyunda yaxşı mübarizə ortaya qoydular. Hətta Robert Levandovski penaltini dəqiq yerinə yetirsəydi polşalılar meydandan qələbə ilə ayrıla bilərdilər.

İlk turda meksikalılar ilə qolsuz heç-heçədən sonra Polşa millisi 2-ci turda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəldi. İlk hissədə hesabı açmağı bacaran polşalılar bu dəfə rəqibin penaltini dəqiq yerinə yetirə bilməməsindən ruhlanaraq 2-ci hissədə ərəbləri bir daha oyuna mərkəzdən başlamağa dəvət etdilər.

ARGENTİNA

Turnir başlamazdan əvvəl Argentina millisi qrupda əsas favorit hesab edilirdi. Lakin Messi və yoldaşları elə ilk oyunda azərkeşlərini məyus etdilər. Səudiyyə Ərəbistanı ilə qarşılaşmada argentinalılar fasiləyə öndə yollansalar da, oyunun 2-ci hissəsində ərəblər 2 qol vuraraq qələbəyə sevinən tərəf oldular.

2-ci turda qapalı Meksika müdafiəsini yarmağda çətinlik çəkən argentinalılar, Messinin uzağdan vurduğu qolla hesabı açmağı bacardılar. Ruhdan düşən meksikalılar çox keçmədən qapılarında 2-ci qolu da gördülər.

PROQNOZ

Argentina millisi çox çətinliklə Meksikanı məğlub edərək pley-off şanslarını yüksəltdi. Bugün onları yalnız qələbə qane edəcək. Son turda qazandıqları qələbədən ilhamlanaraq bu oyunda da, qələbə üçün əllərindən gələni edəcəklər.

Bizim ilk proqnozumuz Argentina üçün Asiya handikapı (-1) olacaq - 1.90

Argentina müdafiəsi ilk turda çox az səhvə yol verdi. Lakin rəqib bu səhvlərdən maksimum yararlanaraq qələbə qazandı. 2-ci turda isə argentinalılar müdafiədə qüsursuz oyun göstərərək meksikalılar heç bir şans vermədilər. Bugün Argentina müdafiəsi qarşısında polşalılarında çox şansı olduğunu düşünmürük.

İkinci mərcimiz Argentinanı qol buraxmadan qələbə qazanacağıdır - 2.15

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 0:2 - 5.75

Argentina 1-ci hissədə qol vuracaq - 1.69

Penalti olacaq - 2.17