“Pfizer” xərçəng dərmanı istehsalçısı “Seagen”i satın aldığını açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ-ın əczaçılıq istehsalçısı “Pfizer”, xərçəng müalicəsi portfelini genişləndirmək üçün “Seagen”i təxminən 43 milyard dollara satın aldığını bildirib.

“Pfizer” CEO Albert Bourlanın sözlərinə görə, “Seagen” müqaviləsi “Pfizer”in keçmiş meqa sövdələşmələrindən daha kiçik olsa da, bu, tibb sahəsinin gələcəkdə ən böyük bazarı olacaq onkologiyada genişləndirilmiş platforma üçün yaxşı bir təklifdir.

“Pfizer” “Seagen”i hər səhm üçün 229 dollar ödəyərək alıb.

“Pfizer”, 2009-cu ildə “Wyeth”i 67 milyard dollara satın aldıqdan sonra şirkətin ən böyük alışı olan bu razılaşma nəticəsində “Pfizer” portfelinə dörd təsdiqlənmiş xərçəng müalicəsi əlavə etdi.

“Pfizer”in portfelinə əlavə etdiyi xərçəng müalicəsi 2022-ci ildə satışlarda təxminən 2 milyard dollara çatdı.

“Seagen”in səhmləri birja açılmazdan əvvəl ticarətdə 23% artıb.