Azərbaycanda bir neçə icra başçısı pensiya yaşını keçməsinə baxmayaraq, hələ də vəzifədədir.

İndex.az xəbər verir ki, Azərbaycanda 70 yaşını tamamlamış icra başçılarının siyahısı yayılıb.

İndex.az "Konkret.az"a istinadla siyahını sizə təqdim edir:

1. Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə – 77 yaş

2. Şuşa şəhərinin icra başçısı Bayram Səfərov – 73 yaş

3. Qobustan rayonunun icra başçısı Adil Məmmədov – 72 yaş

4. Xocalı rayonunun icra başçısı Şahmar Usubov – 71 yaş

5. Qubadlı rayonunun icra başçısı Malik İsaqov – 71 yaş

6. Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov – 71 yaş

7. Siyəzən rayonunun icra başçısı Novruz Novruzov – 70 yaş

8. Füzuli rayonunun icra başçısı Alı Alıyev – 70 yaş

9. Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov – 70 yaş.