“Pegasus”un 4-cü rübə olan gəlirləri açıqlanıb.
İndex.az xəbər verir ki, “Pegasus” 2022-ci ilin 4-cü rübündə bazar gözləntilərini aşaraq 254 milyon avro xalis mənfəət əldə edib.
Belə ki, şirkət ümumilikdə 2022-ci ili 431 milyon xalis mənfəətlə bağlayıb.
Qeyd edək ki, “Pegasus” pandemiyadan əvvəl 2019-cu ildə 212 milyon avro xalis mənfəət əldə etmişdi.
Şirkət pandemiya dövründə isə 2021-ci ili 150 milyon avro itki ilə bağlamışdı.
