Orta məktəbi yarımçıq qoyan və qurduğu şirkətlə böyük sərvət qazanan və hazırda milyarder olan iş adamı Jared Isaakman, tarixdə kosmosa səyahət edən ilk mülki şəxs oldu.

İndex.az xəbər verir ki, bir zamanlar ABŞ və Çin kimi ölkələrin yalnız “zibilxanası” olan kosmos, inkişaf edən texnologiya ilə qapılarını başqa ölkələrin və mülki insanların üzünə açıb.

İndiki vaxtda kifayət qədər pulunuz varsa, İlon Maskın "SpaceX" şirkətinə gedib uşaqlıqda ancaq filmlərdə gördüyünüz və kitablarda oxuduğunuz təcrübəni yaşaya bilərsiniz.

Amerikalı iş adamı Jared Isaakman məhz bunu edib. CNBC-e-nin məlumatına görə, bir müddət əvvəl "SpaceX"in raketlərindən biri ilə kosmosa gedən İsaakman keçən cümə axşamı kapsuldan çıxıb və kosmosda 10 dəqiqəlik gəzinti edib. Beləliklə, bir zamanlar yalnız müəyyən ölkələrin ən elitar insanları üçün nəzərdə tutulan bu imkanlar ilk dəfə mülki şəxslərə təqdim olundu.

Kosmosa çıxan ilk insan Sovet İttifaqının kosmonavtı Aleksey Leonov olub. 1965-ci il martın 18-də “Vosxod 2” kosmik gəmisindən kosmosa çıxan Leonov kosmosda təxminən 12 dəqiqə sərbəst hərəkət edib. Bu tarixi hadisə insanın kosmosun tədqiqi tarixində mühüm dönüş nöqtəsi oldu. Şübhəsiz ki, Jared Isaakman bu macəra üçün ikinci dönüş nöqtəsi oldu.

[embed]https://www.youtube.com/watch?v=2oHQkcm4HqA[/embed]