"OpenAI"nin qeyri-kommersiya təşkilatının direktorlar şurasında "Apple" şirkətini təmsil edəcək şəxsin adına aydınlıq gəlib.

İndex.az xəbər verir ki, "App Store"un rəhbəri və keçmiş marketinq rəhbəri Fil Şiller "OpenAI"nin qeyri-kommersiya təşkilatının direktorlar şurasında "Apple" şirkətini təmsil edəcək.

Şillerin müşahidəçi rolunu oynayacağı, yəni şuranın iclaslarında iştirak edə biləcəyi, lakin səs verə və ya direktor kimi fəaliyyət göstərə bilməyəcəyi bildirilir.

Şiller hələ heç bir şura iclasında iştirak etməsə də, bu tənzimləmənin ilin sonunda başlaması planlaşdırılır.