Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 2 791 ton fermentləşdirilmiş tütün istehsal olunub.
İndex.az Dövlət Statistika Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, Azərbaycanın ötən ilin yanvar-iyul aylarına nisbətən fermentləşdirilmiş tütün istehsalı 3,5 dəfə artıb.
Bununla yanaşı ölkəmizdə 7 milyard 239,6 milyon ədəd papiros və siqaret istehsal edilib.
Bu göstərici ötən ilin ilk 7 ayına nisbətən 9,3% azdır.
Mirəli Qasımov - İndex.az
