Azərbaycanda əhalinin avqustda əsas istehlak səbətinə daxil olan ətin qiymətləri yüksəlib.

Index.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, avqust ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 11.35 manatdan 11.68 manata qalxıb. Beləliklə, aylıq 2.9% bahalaşmadır ki, bu da 2017-ci ilin martında qeydə alınmış aylıq 6.9%-lik bahalaşmadan sonra ən yüksək göstəricidir.

Sümüksüz mal ətinin bir kq-nın qiyməti isə 13.55 manatdan 13.81 manata (2%) yüksəlib.

Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 2% bahalaşma ilə 13 manatdan 13.28 manata qədər bahalaşıb.

Toyuq ətində bahalaşma bir qədər az olub. Avqust ayında cəmi 0.4%-lik bahalaşma ilə 5.65 manat/kq təşkil edib.

Kolbasanın qiyməti 0.8% artımla 13.19 manat/kq, sosiska isə 0.8% artımla 13.19 manat/kq olub.

Qiymət: AZN/kq
2022         Mal əti, sümüklü Qoyun əti, sümüklü
Yanvar                       11.01 12.55
Fevral                       11.24 12.91
Mart                       11.30 12.96
Aprel                       11.33 12.96
May                       11.34 12.96
İyun                       11.31 12.95
İyul                       11.35 13.00
Avqust                       11.68 13.28