Parisdə Luvr muzeyini gündüz vaxtı qarət edən oğrular səkkiz qiymətli daş-qaşla qaça biliblər.

Oğurluq bazar günü səhər Paris vaxtı ilə səhər saat 9:30-dan 9:40-a qədər, muzeyin ziyarətçilərin üzünə açılmasından bir neçə dəqiqə sonra baş verib.

Dörd oğru, Sena çayı yaxınlığındakı eyvana çıxmaq və tac zinət əşyalarının yerləşdiyi Apollon Qalereyasına daxil olmaq üçün avtomobilə qoşulmuş mexaniki liftdən istifadə edib.


Oğrulardan ikisi daha sonra simsiz kəsici ilə pəncərələri kəsərək muzeyə daxil olublar.

Onlar muzeyin mühafizəçilərini hədələyib, oranı tərk etməyə məcbur ediblər və şüşə ilə bağlanmış iki vitrindən qızıl-zinət əşyalarını oğurlayıblar.

Fransa Mədəniyyət Nazirliyi oğurlanmış əşyaları aşağıdakı kimi sıralayıb:

1.III Napoleonun həyat yoldaşı İmperator Yevgeniyaya məxsus tac və broş
2.İmperator Marie Louiseə məxsus zümrüd boyunbağı və bir cüt sırğa
3.Kraliça Mari-Amelie və Kraliça Hortenseyə məxsus sapfirdən hazırlanmış tac, boyunbağı və tək sırğa
4."Röliker" adlı broş

İmperator Yevgeniyə məxsus tac muzeydən kənarda tapılıb. Ehtimal olunur ki, oğrular qaçarkən tac əllərindən yerə düşüb.


Oğruların bu zinət əşyalarını satıb-satmayacağı sirr olaraq qalır.

Niderlandlı sənət cinayəti müstəntiqi Artur Brand əsərlərin indiki vəziyyətdə satıla bilməyəcəyini söyləyib:

"Oğrular zinyət əşyalarını sata bilmələri üçün onları parçalamalı, qızıl və gümüşü əritməli və almazları çıxarmalıdırlar. Əgər almazları ayrıca satsalar, heç kim onların bu soyğunun bir hissəsi olduğunu bilməyəcək. Qızılı əritsələr, heç kim bu yeni üzüklərin və ya toy üzüklərinin Napoleonun daş-qaşından gəldiyini bilməyəcək. Yəqin ki, belə edəcəklər".

Michael Brand deyir ki, bu cür soyğunların şəxsi kolleksiyaçı tərəfindən təhrik edildiyinə dair bir inanc var, lakin əvvəllər belə bir şey olmayıb: "Heç kim polis tərəfindən axtarılan bu parçalara toxunmaq istəməz. Onları dostlarınıza göstərə bilməzsiniz, övladlarınıza verə bilməzsiniz, sata bilməzsiniz".