“Veysəloğlu” Şirkətlər Qrupunun marketlər şəbəkəsi “OBA Market”in rəhbəri dəyişir.

İndex.az xəbər verir ki, “OBA Market” MMC-nin İdarə Heyətinin sədri olan Vüsal Şərifov vəzifəsindən çıxıb. Onu bu vəzifədə Natəvan İbrahimova əvəz edəcək.

N.İbrahimova ana şirkət olan “Veysəloğlu”da 2014-cü ildən 2018-ci ilə qədər baş maliyyə inzibatçısı kimi çalışıb. 2018-ci ilin noyabrından isə “Veysəloğlu”nun İdarə Heyətinin üzvidir.

“OBA Market” MMC 2016-cı ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

Mənbə - Banker