"Nvidia"nın qiyməti sürətlə artmaqda davam edir.
İndex.az xəbər verir ki, "Nvidia", 3,92 trilyon dollarlıq bazar dəyəri ilə "Apple"in rekordunu keçib.
Bununla da, "Nvidia" tarixin ən dəyərli şirkəti olaraq yüksəlişini davam etdirir.
Qeyd edək ki, "Nvidia"nın yüksəlişinə kütləvi modellərin hazırlanmasında ən son süni intellekt çiplərinin performansı təsir etdi.
"Microsoft", "Amazon", "Meta", "Alphabet" və "Tesla" başda olmaqla texnologiya nəhənglərinin süni intellekt məlumat mərkəzlərinə qoyduğu investisiyalarla şirkətin məhsullarına tələbat daha da artıb.
