Azərbaycanda iki iri sement istehsalçısının çatdırılmaya çəkdikləri xərcdəki fərq diqqəti cəlb edir.
İndex.az xəbər verir ki, 2021-ci ildə "Norm" ASC 170 milyon 864 min manatlıq sement məhsullarının çatdırılmasına 11 milyon 965 min manat xərc çəkib. Ötən il "Holcim Azərbaycan" ASC isə 114 milyon 996 min manatlıq məhsulların çatdırımasına 22 milyon 399 min manat xərcləyib.
Göründüyü kimi, "Holcim Azərbaycan" şirkətinin satışı "Norm" şirkətinin satışından təxminən 33% az olmasına baxmayaraq çatdırılma xərcləri 2 dəfəyə yaxın çox olub.
2021-ci ildə "Norm" şirkətinin satışdan gəlirləri 170 milyon 864 min manat, xalis mənfəəti 28 milyon 397 min manat təşkil edib. Ötən il "Holcim Azərbaycan" şirkətinin satışdan gəlirləri 114 milyon 996 min manat, xalis mənfəəti isə 3 milyon 124 min manat olub. "Holcim Azərbaycan" "Norm" ilə müqayisədə 9 dəfə az xalis mənfəət əldə edib.
Mənbə - Marja.az
