“Nomura” analitikləri SVB-nin iflasından sonra FED-dən faiz endirimi gözləyirlər.
İndex.az xəbər verir ki, “Nomura” analitikləri FED-in “Silikon Vadisi Bankı”nın müflisləşməsindən sonra maliyyə sabitliyi risklərini qiymətləndirməli olacağını və faiz endirimi edəcəyini gözləyirlər.
Analitiklərin proqnozlarına görə, FED gələn həftə keçiriləcək iclasda uçot dərəcələrini 25 baza bəndi azaldacaq və monetar sərtləşdirməni dayandıracaq.
SVB batmazdan əvvəl analitiklər FED-dən 50 baz bəndi artım gözləyirdilər.
Qeyd edək ki, “Goldman Sachs” da FED-in mart iclasında uçot dərəcəsini dəyişməyəcəyini proqnozlaşdırmışdı.
