Türkiyəyə yardım göndərən qlobal şirkətlərin arasına "Nissan" da qoşulub.
İndex.az xəbər verir ki, "Nissan" tərəfindən verilən açıqlamada əməliyyatlarda istifadə etmək üçün 4x4 mexanizmli "Nissan" avtomobillərinin zəlzələ bölgəsinə göndərdiyi bildirilib.
Bundan əlavə, yorğan-döşək, su, quru qida və uşaq qidalarının 2 yük maşını ilə sürətlə zəlzələ bölgəsinə çatdırıldığı qeyd olunub.
Açıqlamada "Nissan" tərəfindən, "Qızıl Aypara Cəmiyyəti"nə 1 milyon avro (20 milyon TL) bağışlanıldığı bildirilib.
