Niderland Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) əksəriyyəti ölkə tarixində miqrasiya siyasətini sərtləşdirmək üçün ən sərt tədbirlərə yönəlmiş iki qanun layihəsinə səs verib.
İndex.az xəbər verir ki, bu barədə NOS teleradio şirkəti məlumat yayıb.
Sığınacaq tədbirlərinin sərtləşdirilməsinə yönəlmiş iki qanun ölkənin keçmiş miqrasiya naziri Marjolijn Faber tərəfindən hazırlanıb.
Qanunlardan birində nəzərdə tutulan qaçqınlar üçün ikili status sisteminin tətbiqinin lehinə 95 deputat, əleyhinə 55 deputat səs verib. Sığınacaq sahəsində fövqəladə tədbirlər haqqında qanun layihəsi 94 səslə təsdiq edilib, 56 səs əleyhinə çıxıb.
Bundan sonra qanun layihələri üzrə səsvermə Niderland Senatında keçirilməlidir.
Niderlandda miqrasiya siyasəti sərtləşdirilir
2025-07-05 09:13
Oxşar xəbərlər
AXCP sədri Əli Kərimli barəsində qərar qüvvədə saxlanılıb
2025-12-05 16:03
ETX: "Telegram"da vətəndaşlara saxta iş təklifləri gəlir
2025-12-05 16:32
Binəqədidə kafedə partlayış olub, 3 nəfər xəsarət alıb
2025-12-05 17:48
"X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib
2025-12-05 16:48
