Baş nazir Netanyahu İsrail səfirləri, missiya başçıları və Xarici İşlər Nazirliyi rəsmilərinin iştirak etdiyi konfransdakı çıxışında Suriyada Baas rejiminin devrilməsindən sonra İsrailin işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyini bir daha vurğulayıb.

İndex.az xəbər verir ki, israillilərin Baas rejiminin devrilməsindən dərhal sonra Suriyanın cənubunda işğal etdikləri Hermon dağı və 1967-ci ildən bəri işğal etdikləri Qolan təpələrinə bitişik bufer zonası ilə bağlı Netanyahu, bu varlıqları qorumaq istədiklərini deyib.

Netanyahu Dəməşq hökuməti ilə Suriyanın cənubunun silahsızlaşdırılması ilə bağlı razılığa gəlməyə ümid etdiklərini bildirib.