Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması toplanmış materialların tədqiqatı mərhələsindədir.

İndex.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev Senatda bildirib.

"Birinci mərhələ materialların toplanması idi. O mərhələ başa çatıb. İndi ikinci mərhələ - toplanmış materialların tədqiqatı aparılır və hazırda araşdırma mərhələsindəyik. Bu çərçivədə yerli və xarici mütəxəssislər ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar", - M.Karabayev qeyd edib.

Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.