"Goldman Sachs" analitikləri neftin qiymətinin yenidən 100 dollara qədər artacağını proqnozlaşdırırlar.
İndex.az xəbər verir ki, "Goldman Sachs"a görə, neft qiymətlərinə sərmayə qoyulmaması nəticəsində yaranan təklif boşluğu səbəbindən neftin qiyməti bu il yenidən 100 dollardan yuxarı qalxacaq və ehtiyat istehsal gücü tükəndiyi üçün 2024-cü ildə ciddi tədarük çatışmazlığı ilə üzləşiləcək.
Tətbiq olunan sanksiyaların Rusiyanın neft ixracını azaltma ehtimalını qiymətləndirən "Goldman Sachs", "Sıfır Kovid" siyasətinə son verən Çində tələbin bərpasının gözlənilməsinin neftin bahalaşmasına təkan verəcəyini proqnozlaşdırıb.
Səudiyyə Ərəbistanında keçirilən konfransda çıxış edən analitik Cef Kurri sənayenin tələbatını ödəmək üçün lazım olan istehsala sərmayənin olmamasının daha yüksək qiymətlərə səbəb olacağını və bu sərmayə çatışmazlığının 2024-cü ilə qədər böyük problemə çevrilə biləcəyini vurğulayıb.
