"Shell Plc" 2022-ci ilin 4-cü rübündə 9,81 milyard dollar mənfəəti olduğunu açıqladı.

İndex.az xəbər verir ki, neft və təbii qaz qiymətlərinin artması neft nəhənginin gəlirini 2022-ci ildə rekord həddə çatdırdı.

Beləliklə 2022-ci il üçün şirkət illik mənfəətini 39,87 milyard dollara yüksəltdi və bununla da illik mənfəətdə rekord qeydə alındı.

Qeyd edək ki, şirkətin illik mənfəət rekordu sonuncu dəfə 2008-ci ildə 28,4 milyard dollarlıq mənfəəti ilə qeydə alınmışdı.