İqtisadiyyat Nazirliyi tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi xidməti avtomobil satın alır.
Bu barədə İndex.az Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı elan edilən tenderə yekun vurulub.
Belə ki, xidməti avtomobilin satın alması ilə bağlı elan edilən tenderin qalibi “İdeal Motors” MMC olub.
İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi bu şirkətə cəmi bir xidməti avtomobilin alınması üçün 43 500 manat pul ödəyəcək.
Kəmalə Alıyeva
