Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikada 441 milyon 468 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 14,1 % çoxdur. Sənaye məhsulunun 364 milyon 519 min 200 manatı və ya 82,6 %-i malların, 76 milyon 949 min 100 manatı və ya 17,4 %-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,1 %-i mədənçıxarma, 76,9 %-i emal, 19,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.