İndex.az Azərbaycanın bölgədə fəaliyyət göstərən yeganə bankı olan «Naxçıvanbank»ın gəlir mənbələrini təqdim edir.
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Naxçıvanbank»ın ümumi gəlirləri 12 milyon 510 min manat təşkil edib. Bank sistemi üçün bu böyük məbləğ deyil – «Naxçıvanbank» bu göstəriciyə görə, ölkənin 26 bankı arasında 22-ci yeri tutur.
Hesabat dövründə (ilk 6 ayda) «Naxçıvanbank»ın gəlirlərinin böyük hissəsi – 8 milyon manatı və ya bütün gəlirlərin 64%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
«Naxçıvanbank» mühafizəkar bank sayıla bilər. Onun bütün gəlirləri 4 mənbə ilə formalaşır – 2-ci mənbə komissiya haqlarıdır. Bank ilk 6 ayda komissiya haqlarından 2 milyon manat gəlir əldə edib- bütün gəlirlərin 16%-i.
Valyuka əməliyyatlarından isə «Naxçıvanbank»ın gəlirləri 1 milyon manata yaxın olub.
Ən maraqlı göstərici qiymətli kağızlara edilən yatımlardan daxil olmalardır.
«Naxçıvanbank»ın menecmenti uzun müddət qiymətli kağızlara yatırım etməyib, yalnız son 2 ildə bu sahədə irəliləyəş olub və dərhal da bank bundan gəlir götürməyə başlayıb. Nəticədə hazırda «Naxçıvanbank»ın bütün gəlirlərinin 11%-i qiymətli kağızlardan daxil olur.
Ümumiyyətlə, «Naxçıvanbank»ın ümumi gəlirlərində faiz gəlirləri 83%, qeyri-faiz gəlirləri 17% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlirdə payı |
| Kredit portfeli üzrə faiz gəliri | 8 038 | 64% |
| QK-a investisiyadan gəlir | 1 368 | 11% |
| Digər banklara depozitlərdən gəlirlər | 41 | - |
| Digər banklara kreditlərdən gəlirlər | - | - |
| Komissiya haqları | 8 038 | 16% |
| Valyuta əməliyyatlarından gəlirlər | 921 | 7% |
| Digər faiz gəlirləri | 57 | - |
| Digər qeyri-faiz gəlirləri | 45 | - |
| CƏMİ GƏLİRLƏR | 12 510 | 100% |
Mənbə - FED.az
